bazar, 04 may 2025

BİZİM FUTBOL

Azərbaycan millisinə qarşı oynamayacaq: "Qərarımı vermişəm"

09.03.2020 16:30 Oxundu 463


"Milli karyeramı başa vurmaq qərarına gəldim. Təbii ki, davam etdirmək istəyərdim. Amma bəzi səbəblərə görə belə qərar verdim”.

Cempion.az xəbər verir ki, bunu apasport.az-a Kipr millisinin sabiq futbolçu Georgis Merkis deyib.

36 yaşlı mərkəz müdafiəçisi Millətlər Liqasında ölkəsinin yığmasının Azərbaycana rəqib olmasından danışıb. Avrokubokda APOEL-in heyətində “Qarabağ”a qarşı da oynamış Merkis bildirib ki, hər iki komanda eyni gücdədir:

“Azərbaycan da daxil olmaqla, digər komandalara qarşı oynamaq istəyərdim. Sadəcə artıq qərarımı vermişəm. Qrupdakı komandaların hamısı yaxşıdır.

Rəqiblərə diqqət yetirsək, hamısı, demək olar ki, eyni gücdədir. Maraqlı oyunlar olacaq. Azərbaycanla görüşlərin də belə alınacağına inanıram. Hər iki tərəf üçün çətin oyunlar olacaq".