09.03.2020 17:00
571

Çexiya 2-ci divizionunda 17-ci turun oyunları keçirilib.
Cempion.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da ikinci dövrədə ilk matçına çıxıb.
Sözügedən komanda doğma meydanda Praqa “Dukla”sı ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 5:2.
Fərid də bu görüşün iştirakçısı olub. O, 87-ci dəqiqədə meydana buraxılıb. “Viktoriya”ya bu qış transfer olunan azərbaycanlı hücumçu yeni komandasında rəsmən debüt edib.
Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştira“Viktoriya” hazırda 29 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.