bazar, 04 may 2025

DÜNYA FUTBOLU

"PSJ" və "Borussiya" oyunlarıda azarkeşsiz keçriləcək

09.03.2020 12:45 Oxundu 480


UEFA Çempionlar Liqasında Fransanın PSJ və Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasındakı 1/8 final mərhələsinin cavab görüşü azarkeşsiz keçiriləcək. 
Cempion.az "LEquipe” nəşrinə istinadən xəbər verir ki, səbəb koronavirusun yayılmasıdır. Fransada bu xəstəliyin qarşısının alınması məqsədilə ölkə ərazisində 1000 nəfərdən artıq şəxsin toplanması qadağan edilib.

Futbol oyunları da bu kateqoriyaya daxcildir. Bütün hallarda son qərarı Paris prefekturası qəbul edəcək.

Hazırda Fransada yeni virusa yoluxanların sayı 1 126-ya çatıb. Onlardan 19-u dünyasını dəyişib. 21 nəfər ağır vəziyyətdə olsa da, 12 nəfər sağalıb.

Qeyd edək ki, görüş martın 11-də “Park de Prens” stadionunda keçiriləcək. İlk oyunda “Borussiya” qələbə qazanıb - 2:1.