09.03.2020 13:30
485

ABŞ-ın ikinci liqasının ilk turu çərçivəsində keçirilən “Feniks Rizinq” – “Portlend Timbers 2” matçının ən yaxşı futbolçusu bilinib.
Cempion.az “Feniks Rizinq” klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmanın ən yaxşısı millimizin hücumçusu Rüfət Dadaşov seçilib. Dadaşov komandasının 6:1 hesabıyla qalib gəldiyi qarşılaşmada het-trik edib.
Qeyd edək ki, Azərbaycan milli komandasının da üzvü olan Rüfət, qış transfer pəncərəsi dövründə Almaniyanın “Proyssen” klubundan “Feniks Rizinq”ə keçib.