09.03.2020 17:10
506

Mançester Siti”yarımmüdafiəçisi Kevin De Bruyne ilə müqavilə müddətini artırmaq istəyir.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, belçikalı futbolçu təklifi qəbul etsə,yeni müqaviləyə əsasən illik 21 milyon avro məvacib alacaq.
28 yaşlı ulduz futbolçunun indiki illik maaşı19,7 milyon avrodur. De Bruyenin müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, "Mançester Siti" "Genk"in yetirməsini 2015-ci ildə "Volfsburq"dan 76 milyon avroya transfer edib. O, bu mövsüm Premyer Liqada 26 oyunda 8qol vurub, 16assist edib.