bazar, 04 may 2025

DÜNYA FUTBOLU

Benzema qol sayısında Puşkaşa və Etooya çatıb

09.03.2020 17:47 Oxundu 529

"Real” klubunun futbolçusu Kərim Benzema La Liqanın XXVII turunun "Betis”lə oyununda (1:2) növbəti qolunu vuraraq həm çempionatın legionerləri, həm klub tarixinin bombardirləri siyahısında 5-ci yerə şərik olub.
Cempion.az xəbər verir ki, fransalı La Liqada 162-ci dəfə fərqlənib. O, çempionatda ən çox qol vuran əcnəbilər arasında 5-ci olan Samuel Etooya çatıb. İlk 4 pillədə isə Lionel Messi (438), Kriştianu Ronaldo (311), Uqo Sançes (234) və Alfredo di Stefano (227) qərarlaşıb.

Qeyd edək ki, 32 yaşlı forvardın "Real”dakı ümumi qol sayı 241-ə çatıb. O, əfsanəvi Ferems Puşkaşa şərik çıxıb. Bu göstəricidə mütləq rekord Kriştianu Ronaldoya məxsusdur – 450 qol.