bazar ertəsi, 05 may 2025

BİZİM FUTBOL

Premyer Liqada 3 klub çempionluq şanslarını itrib

09.03.2020 22:04 Oxundu 501


Azərbaycan Premyer Liqasında XX turun oyunlarından sonra 3 klub çempionluq şanslarından məhrum olub.
Cempion.az xəbər verir ki, hazırda aşağı yerlərdə qərarlaşmış "Qəbələ", "Səbail" və "Sabah" son 8 turdakı oyunlarından asılı olmayaraq, lider "Qarabağ"a çata bilməyəcəkləri qərarlaşıb.

Hazırda 45 xalla turnir cədvəlinə başçılıq edən Ağdamtəmsilçisi autsayder "Qəbələ"ni 26 xal, 7-ci sıradakı "Səbail"i 25 xal, 6-cı yerdəki "Sabah"ı isə 24 xal qabaqlayır. Yalnız Masazır təmsilçisi 8 oyundan maksimum - 24 xal yığacağı və "Qarabağ" bütün qarşılaşmalarda uduzacağı halda, "köhlən atlar"a çata bilər. Amma bu da çempionluq üçün "Sabah"a kifayət etməyəcək. Çünki şəxsi görüşlərdə "Qarabağ" rəqibini üstələyir. İlk iki dövrədəki görüşlərdə ağdamlılar Jelko Sopiçin baş məşqçi olduğu komandanı məğlub edib - 2:0, 1:0. Üçüncü dövrədəki görüş isə qolsuz başa çatıb.

Qeyd edək ki, Premyer Liqada 2019/2020 mövsümünə mayın 10-da yekun vurulacaq.