bazar ertəsi, 05 may 2025

BİZİM FUTBOL

Şamaxıda yeni stadion tikiləcək

09.03.2020 22:17 Oxundu 826


AFFA Şamaxı şəhər stadionunun yenidən qurulması işləri ilə bağlı tender elan edib.
Cempion.az AFFA-nın rəsmi sayıtına istinadən xəbər verir ki, stadionun örtüyü süni olacaq, tribunaların altında soyunub-geyinmə otaqları tikiləcək.

 

 

Bundan başqa, iki mini-meydan salınacaq və onların yaxınlığında paltardəyişmə otaqları inşa olunacaq.

Həmçinin stadion ərazisində qazanxana, nasosxana, yarımstansiya və gözətçi binası tikiləcək, su çəni və generator qoyulacaq, müxtəlif santexnika işləri görüləcək.