bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

DÇ-nın seçmə mərhələ oyunları ləğv olunub

09.03.2020 22:30 Oxundu 511


2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsinin mart və iyunda keçirilməsi nəzərdə tutulan oyunları təxirə salınıb.
Cempion.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə 23-31 mart və 1-9 iyunda nəzərdə tutulan oyunlar ləğv olunub.

Qərarın Asiya Futbol Konfederasiyası ilə qarşılıqlı razılıq əsasında qəbul olunduğu bildirilib. Qarşılaşmaların yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcək.