09.03.2020 23:45
469

"Arsenal"ın futbolçusu Lukas Torreyra üçün mövsüm erkən başa çatıb.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, İngiltərə kubokunun 1/8 finalında "Portsmut"la qarşılaşmada (2:0) zədələnən oyunçunun sağ ayaq biləyində sınıq aşkarlanıb. 24 yaşlı yarımmüdafiəçinin 8-10 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu da Lukas Torreyra üçün mövsümün başa çatması sayılır.
Qeyd edək ki, L.Torreyra bu mövsüm 33 oyuna çıxaraq 2 qol vurub.