10.03.2020 13:00
522


Türkiyə birinci liqasında çıxış edən “Erzurumspor”un qapıçısı İbrahim Şehiç böyük klubların hədəfindədir.
Cempion.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, performansı ilə diqqətləri üzərinə çəkən bonsiya və herseqovinalı “Beşiktaş”ın maraq dairəsinə düşüb. Mövsüm sonu Loris Kariusla yolları ayıracaq olan İstanbul təmsilçisi onun yerinə Şehiçi düşünür.
Maraq üçün qeyd edək ki, bosniyalı qapıçı ilə "Qarabağ"ın da yenidən maraqlanmasına dair məlumatlar yayılmağa başlayıb. Deyilənə görə, Ağdam klubu da sabiq qapıçısını geri qaytarmaq haqda düşünür.