bazar ertəsi, 05 may 2025

BİZİM FUTBOL

"Qəbələ" bunu da etdi

10.03.2020 13:15 Oxundu 476


“Qəbələ” cari mövsüm Premyer Liqada 3-cü bböyükhesablı qələbəsini qazanıb.

Cempion.az xəbər verir ki, XI turda “Səbail”, XIII turda “Zirə”ni qəbul edən əyalət təmsilçisi hər iki rəqibi üç cavabsız qolla məğlub edib.

“Sumqayıt” üzərində 5:0-lıq qələbə isə mövsümdə hamısı evdə olmaqla 3-cü böyükhesablı qələbə olub. Bununla da “Qəbələ” özünün 2008/09 mövsümündəki rekordunu təkrarlayıb.

Həmin vaxt da komanda Premyer Liqada keçirdiyi ev oyunlarında 3 böyükhesablı qalibiyyət alıb. “Qırmızı-qaralar” öz meydanında daha bir böyükhesablı qələbəyə nail olsa, mütləq rekord gerçəkləşəcək.