10.03.2020 14:00
457


"Sabah"ın son turda "Neftçi"yə 0:4 hesablı məğlubiyyəti klub rəhbərliyinin ciddi narazılığına səbəb olub.
Cempion.az-a daxil olan məlumata görə, məhz bu səbəbdən baş məşqçi Sopiç ciddi tənbeh olunub.
Ona bildirilib ki, qarşıya avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyulduğu məqamda bu cür biabırçı oyun və nəticə yolverilməzdi. Bir sözlə, baş məşqçi olanları ciddi təhlil etməli və növbəti turlarda uğurlu nəticə ortaya qoymalıdır.