bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Podolski “Antalyaspor”u məğlubiyyətdən xilas etdi

10.03.2020 16:00 Oxundu 511


Türkiyə Superliqasında 25-ci tur başa çatıb.

Cempion.az xəbər verir ki, turun son oyunda “Gənclərbirliyi” “Antalyaspor”u qəbul edib.

Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

 

9 mart

Türkiyə Superliqası

“Gənclərbirliyi” – “Antalyaspor” – 1:1
Qollar:  Covanni Sio, 53 (1:0), Lukas Podolski, 82 (1:1)

Qeyd edək ki, turnir cədvəlinə 52 xalla "Başakşehir" başçılıq edir. "Trabzonspor", "Qalatasaray" və "Sivasspor" uyğun olaraq 2, 3 və 4-c yerləri bölüşdürür. "Gənclərbirliyi" 28 xalla 11-ci, "Antalyaspor" 27 xalla 12-cidir.