10.03.2020 16:15
499


Futzal üzrə Yüksək Liqada III dövrə start götürüb.
Cempion.az xəbər verir ki, XIX turun oyunları "Olimpik Star”da keçirilib.
Günün ilk qarşılaşmasında "Araz” "Baku Fire”ni 12:1 hesabı ilə darmadağın edib. Bu, itkisiz irəliləyən "Araz”ın mövsümdə 19-cu qələbəsi olub.
Turun mərkəzi görüşündə "Marafon”la "Neftçi” üz-üzə gəlib. Nominal meydan sahibləri rəqibini 8 cavabsız qolla yola salıb.
"Bakı” - "Yasamal” oyununda da qol yağışı səviyyə fərqini ortaya qoyub. Paytaxtın eyniadlı təmsilçisi, belə desək, autsayderi ciddi fərqlə üstələyib.
"Xızı Futzal” – "Record club” matçı heç-heçə bitibsə, "Premier” EKOL-la oyuna gəlməyib.
9 mart (bazar ertəsi)
13:30. "Araz” – "Baku Fire” - 12:1
Hakimlər: Hikmət Qafarlı, Ziya Nəsirov, Ramiz Məhərrəmov
Qollar: Ramiz Çovdarov, 07:52, 22:22, 23:33, Xətai Bağırov, 08:11, 11:15, 17:41, 23:00, 24:04, 31:07, 31:28, Mehrdad Qəmbərzadə, 10:38, Hadi Əhmədi, 29:05 // Hüseyn Qarayev, 37:49
15:30. "Marafon” – "Neftçi” - 8:0
Hakimlər: Kənan Məlikov, Ceyhun Hüseynov, Anar Fərəcov
Qollar: Vitali Borisov, 03:08, 06:58, Tofiq Mikayılov, 06:25, Sərxan Məstiyev, 16:59, 26:03, 37:08, İlkin Hacıyev, 33:55, Elşən İbrahimxəlilov, 38:08
17:30. "Bakı” – "Yasamal” - 9:4
Hakimlər: Nail Nağıyev, Elmir Quluzadə, Əli Cəbrayılov
Qollar: Vüsal Buludov, 04:53, 27:16, İlham Allahverdiyev, 10:05, 29:20, 30:01, Məhəmməd Bədəlbəyli, 16:02, 16:58, 33:44, 38:19 // Kamal Həsənpur, 19:38, 25:15, Davud Bagheri, 24:14, Pərviz Əliyev, 31:09
19:30. "Xızı Futzal” – "Record club” - 1:1
Hakimlər: Mehman Mahmudov, Mahir Məmmədov, Rahin Heybətov
Qollar: Elnur Soltanlı, 35:25 // Matin Gahramani, 22:53