10.03.2020 11:34
518

İtaliyanın "Milan" klubunun qapıçısı Asmir Beqoviç mövsümün sonunda "İnter"ə keçə bilər.
Cempion.az "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, klub rəsmiləri 33 yaşlı təcrübəli qapçının son vaxtlar zədəli olan Samir Handanoviçin yerinə heyətə cəlb etmək niyyətindədir.
"İnter" Bosniya və Herseqovina yığmasının üzvü olan Beqoviçi etibarlı qolkiper hesab edir.
Qeyd edək ki, müqavilə ilə İngiltərənin "Bornmut" klubuna məxsus olan Asmir Beqoviç mövsümün ilk yarısında icarə əsasında "Qarabağ"da çıxış edib. Onun "Milan"la icarə müddəti mövsümün sonunda bitir.