bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Mövsüm bitməmiş çempion elan edilə bilər

10.03.2020 12:45 Oxundu 496


İtaliyada koronavirus epidemiyasına görə A Seriyasının bütün oyunlarının aprelin 3-nə qədər təxirə salındığını xəbər vermişdik.
Cempion.az  “La Republica” nəşrinə istinadən xəbər verir ki, A Seriyası rəhbərliyi turnirin bu mövsümünün oynanılmaması variantını nəzərdən keçirir. 
Xəbərdə, A Seriyasında 2019/20 mövsümünə yekun vurulmasının və turnir cədvəlindəki hazırkı vəziyyətə görə çempionun müəyyənləşdirilməsinin nəzərdən keçirildiyi bildirilir.

A Seriyasında hazırda “Yuventus” 63 xalla liderdir. Çempionatın başa çatmasına 12 tur qalıb.

Son məlumatlara əsasən, İtaliyada koronavirusa yoluxanların ümumi sayı 9 min nəfəri ötüb. Koronavirus İtaliyada azı 463 nəfərin həyatına son qoyub.