bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Şehiç "Beşiktaş"ın hədəfində

10.03.2020 13:30 Oxundu 480


"Beşiktaş"ın qapıçısı Loris Karius mövsümün sonunda müqavilə ilə məxsus olduğu "Liverpul"a qayıdacaq.
Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu səbəbdən də İstanbul təmsilçisi qapıçı axtarışına çıxıb. "Qara qartallar" I Liqa təmsilçisi Ərzurumspor"un qapıçısı İbrahim Şehiçi hədəfə alıb. Bosniyalı qolkiperin agenti Fatih İlek 31 yaşlı əlcək sahibinin Super Liqanın böyük klublarından təklif aldığını mətbuata açıqlayıb.

Qeyd edək ki, Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, Ağdam klubundan ayrıldıqdan sonra "Ərzurumspor"a keçmişdi.