10.03.2020 12:06
455

"Mançester Yunayted” 20 yaşlı oyunçusu Tahit Çonq ilə müqavilə yeniləyib.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, yeni müqavilənin müddəti 2022-ci ilin yayına qədərdi.
Çonq Hollandiyanın U-21 millisinin üzvüdü. O, “Mançester Yunayted” akademiyasının yetirməsidi. 20 yaşlı futbolçu əsas komandada 14 oyun keçirib.
Qeyd edək ki, hollandiyalı oyunçu ilə “Barselona”, “Yuventus” və “İnter”in maraqlandığı iddia edilirdi.