bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Kamran Əliyevin komandasından qələbə

10.03.2020 13:45 Oxundu 470


Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 26-cı turun oyunları keçirilib.
Cempion.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin şərəfini qoruduğu “Ximki” də növbəti oynuna çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Tomsk” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.
Kamran da bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 8 qol vuran azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib.

Qeyd edək ki, “Ximki” 26 turdan sonra 53 xalla 20 kollektiv arasında 1-2-ci pillələri bölüşür.