10.03.2020 14:15
620


Santyaqo Kanisares “Real” və “Barselona”nı tənqid edib.
Cempion.az xəbər verir ki, İspaniya millisi və “Valensiya”nın sabiq qapıçısının sözlərinə görə, bu iki komanda indiki mövsümdə La Liqa liderliyinə layiq deyil: “Çempion titulunu hansı komanda qazanacaq? Bu hansı komandanın oyununa baxmağınızdan asılıdır. Məsələn, “Real”ın oyununa baxırsınızsa, “Barselona” düşünəcəksiniz. “Barselona”nın oyununa baxanda da “yəqin ki, “Real” çempion olar” fikri ağlınızdan keçəcək”.
Qeyd edək ki, 27 turdan sonra katalonlar 58 xalla zirvədə qərarlaşıb. Madridlilər isə, 56 xalla ikinci yerdədir.