çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

FİFA qərarını verdi

05.08.2016 20:53 Oxundu 385

“Trabzonspor”un yeni transferi Ramil Şeydayevin Azərbaycan yığmasında oynayıb-oynamayacağına aydınlıq gəlib. AFFA-nın rəsmi saytının məlumatına görə, FİFA bununla bağlı qərar qəbul edib. Ali futbol qurumu AFFA-nın məsələ ilə bağlı ona ünvanladığı məktubu cavablandırıb. FİFA-nın Oyunçuların Statusu Komitəsi Ramil Şeydayevlə bağlı qəbul etdiyi qərara əsasən, AFFA və Şeydayevin assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunub. Bu qərar tərəflərə göndərilən tarixdən etibarən Şeydayevin Azərbaycan milli komandasında çıxış etməsinə icazə verilib. FİFA bu barədə UEFA və Rusiya Futbol İttifaqını da məlumatlandırıb.

Eyni sözlər Emin Mahmudov üçün də keçərlidi. Portuqaliyanın “Boavişta” klubuna yenicə transfer edilən Mahmudovun da Azərbaycan yığmasında oynamasına icazə verilib.