10.03.2020 15:45
552

“Yuventus” Paulo Dibalaya yeni müqavilə təklif etməyə hazırlaşır.
Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisinin rəsmiləri argentinalı hücumçuyla mart-aprel aylarında danışıqlar aparacaq.
“Yuventus” Dibalaya hər mövsümə 10 milyon avro qazanacağı və müddəti 2025-ci ilin yayına qədər olan müqavilə təklif edəcək.
Qeyd edək ki, 2015-ci ildən “Yuventus”da forma geyinən 26 yaşlı futbolçunun müqaviləsi 2022-ci ilin yayına qədərdir.