bazar ertəsi, 05 may 2025

BİZİM FUTBOL

Uşaqlar millimizin hücumçusun səf salıblar - VİDEO

10.03.2020 16:18 Oxundu 527


Azərbaycan millisinin və "Sabah" klubunun futbolçusu Ramil Şeydayev doğma rayonu Kürdəmirdən qayıdarkən Şamaxıda uşaqlarla futbol oynayıb.
Cempion.az xəbər verir ki, uu barədə hücumçu özünün "Facebook" səifəsində yazıb.

Şeydayev qeyd edib ki, azyaşlı uşaqlar onun kim olduğunu bilməyiblər: "Kürdəmirdən qayıdanda Şamaxıda uşaqlarla futbol oynadıq. Axırda soruşuram ki, tanıdınızmı mən kiməm. Dedilər "hə, Rəşad Sadıqov".

Qeyd edək ki, Ramil Şeydayev dünən Kürdəmirdə yerli sakinlərlə görüşüb, futbolun vəziyyəti ilə maraqlanıb və gənclərə öz tövsiyələrini verib.