
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Cempion.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. İtaliyada “Atalanta”ya 1:4 hesabıyla məğlub olan “Valensiya”, bu məğlubiyyətin əvəzini doğma meydanda çıxmağa çalışacaq.
Xatırladaq ki, qarşılaşma koronavirus epidemiyası səbəbindən azarkeşsiz oynanılacaq.
Digər oyunda isə “Tottenhem” səfərdə “Leyptsiq”in qonağı olacaq. Komandalar arasındakı ilk qarşılaşmada almanlar minimal hesablı qələbəyə sevinib – 1:0.
Sabah daha iki qarşılaşma keçiriləcək. “Liverpul” “Atletiko”nu, "PSJ" isə “Borussiya”nı (Dortmund) qəbul edəcək.
Çempionlar Liqası, 1/8 final mərhələsi, cavab oyunları
10 mart
00:00 ''Valensiya'' (İspaniya) – ''Atalanta'' (İtaliya)
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
İlk oyun – 1:4
00:00 ''Leyptsiq'' (Almaniya) – ''Tottenhem'' (İngiltərə)
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
İlk oyun – 1:0
11 mart
00:00 ''Liverpul'' (İngiltərə) – ''Atletiko'' (İspaniya)
Baş hakim: Danni Makkeli (Niderland)
İlk oyun – 0:1
00:00 ''PSJ'' (Fransa) – ''Borussiya'' (Dortmund, Almaniya)
Baş hakim: Entoni Taylor (İngiltərə)
İlk oyun – 1:2
17 mart
00:00 ''Yuventus'' (İtaliya) – ''Lion'' (Fransa)
İlk oyun – 0:1
00:00 ''Mançester Siti'' (İngiltərə) – ''Real'' (İspaniya)
İlk oyun – 2:1
18 mart
00:00 ''Barselona'' (İspaniya) – ''Napoli'' (İtaliya)
İlk oyun – 1:1
00:00 ''Bavariya'' (Almaniya) – ''Çelsi'' (İngiltərə)
İlk oyun – 3:0