bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Cessi Linqard komandadan ayırıla bilər

10.03.2020 17:30 Oxundu 535

“Mançester Yunayted” yayda Cessi Linqardla yollarını ayıra bilər.
Cempion.az Britaniya mətbuatına istinadən xəbər verir ki, komandanın baş məşqçisi artıq 27 yaşlı yarımmüdafiəçiyə güvənmir. Belə ki, son bir ildə qol vurmaq və məhsuldar ötürmələrlə bağlı problemləri yaranan Linqard artıq əsas heyətdə yerini itirib. Mançesterlilər yayda Dortmund “Borussiya”sından Ceydon Sanço, “Aston Villa”dan Cek Qriliş və “Lester”dən Ceyms Meddisonu transfer etmək istəyir.
Bruno Fernandeş və Odion İqalonun gəlişindən sonra əsas heyətdən kənarda qalan Cessi isə menecer Mino Rayola ilə anlaşaraq indidən özünə klub axtarmağa başlayıb.