bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Robinyo Brazilya klubunda 

10.03.2020 18:22 Oxundu 498


Türkiyənin “Başakşəhər” klubunda forma geyinən Robinyo vətəninə – Braziliyaya qayıtmağa hazırlaşır.
Cempion.az Brazilya mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı təcrübəli futbolçu yeni mövsümdən “Santos”un formasını geyinəcəyi bildirilib. Robinyo yeni klubunda aylıq 92,05 min avro qazanacaq.

“Santos” klubunun yetirməsi olan Robinyo, karyerası ərzində “Real”, “Mançester Siti”, “Milan” kimi klublarda çıxış edib. Hücumçu 100 dəfə də Braziliya yığmasının formasını geyinib.

Qeyd edək ki, 2019-cu ilin yanvarından “Başakşəhər”də çıxış edən Robinyonun müqaviləsi mövsümün sonuna qədərdir.