10.03.2020 18:45
497

Almaniyanın “Auqsburq” klubunun yeni baş məşqçisi məlum olub.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisinin “sükan”ı Hayko Herllixə tapşırılıb. 48 yaşlı mütəxəssislə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Qeyd edək ki, Herllix baş məşqçi postunda Martin Şmidti əvəzləyib.