bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

UEFA-dan açıqlama

11.03.2020 00:07 Oxundu 602

UEFA  Avro-2020-nin təxirə salınması ilə bağlı milli futbol federasiyalarının quruma müraciət etmələri ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.
Cempion.az xəbər verir ki, qurumdan TASS-a bildirilib ki, Avropa çempionatının vaxtının koronavirusa görə dəyişdirilməsi üçün səbəb yoxdur:
"UEFA koronavirusun yayılması ilə əlaqədar müvafiq beynəlxalq və yerli qurumlarla əlaqə saxlayır. Turnirin planlaşdırılan cədvəlində nəyisə dəyişməyə ehtiyac yoxdur".

Qeyd edək ki, 12 iyun - 12 iyulda keçiriləcəyi nəzərdə tutulan Avropa çempionatın 4 oyunu Bakı Olimpiya Stadionunda olacaq.