11.03.2020 09:30
509

"Barselona” Lionel Messini komandada saxlamaqda israrlıdır.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Barsa” rəhbərliyi Messiyə təklif etdiyi yeni müqavilənin detalları üzə çıxıb.
2023-cü ilin yayına qədər nəzərdə tutulacaq müqavilədə Messinin illik məvacibi 50 milyon avro olacaq.Hazırda tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Messinin qüvvədə olan müqaviləsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub.