bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

"Kristal Pelas"da Cenk Tosun planı

11.03.2020 10:45 Oxundu 503


Cenk Tosun zədə səbəbindən icarə əsasında çıxış etdiyi "Kristal Pelas"dan müqavilə ilə məxsus olduğu "Everton"a qayıdıb.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubunun türk hücumçu ilə bağlı planı var. "Qartallar" qısa müddətdə Cenkin performansından razı qaldığı üçün onu yayda transfer etməyə çalışacaq. London təmsilçisi 29 yaşlı hücumçunu transfer etmək üçün "Everton"la danışıq aparacaq.

Qeyd edək ki, Cenk Tosun zədə səbəbindən Avropa çempionatında Türkiyə millisinə kömək etməyəcək. Hücumçu "Kristal Pelas"da 5 oyunda 1 qol vurub.