11.03.2020 12:00
535


AFFA futbol veteranlarına verilən təqaüdə yenidən baxacaq.
Cempion.az-a daxil olan özəl məlumata görə, hazırda bu məsələ ilə bağlı ciddi narazılıqlar var.
Çünki bölgü ədalətli deyil. Vaxtı ilə "Neftçi"də 100-dən artı oyun keçirən veteranlarla 10-15 oyun keçirənlər ya eyni təqaüdü alır, ya da ikincilər daha çox alır. Halbuki onlar da həmin 10-15 oyunu I dəstədə keçirib. AFFA məhz bu narazılığı aradan qaldırmaq üçün məsələyə yenidən baxmağı düşünür.