bazar ertəsi, 05 may 2025

BİZİM FUTBOL

 İsgəndər Cavadov Bakı Futbol Akademiyası fəaliyyətini dayandırır: ortada yeyinti var?

11.03.2020 15:30 Oxundu 1377

AFFA  İsgəndər Cavadov Bakı Futbol Akademiyasına ayırdığı maliyyə yardımını dayanırıb.

Cempion.az xəbər verir ki, bu haqda sportinfo.az saytı məlumat yayıb.

Ötən müddət ərzində akademiyaya 1 manat da verilməyib.

Səbəbi digər akademiya rəhbərlərinin bununla bağlı mediada yaratdığı hay-küy deyil. Heç Cavadovun AFFA-nın vitse-prezidenti seçilməməsindən narazılığı da bunda rol oynamayıb.

Gerçək səbəb İsgəndər bəyin 26550 manatın hamısını BFA-ya verməsinə ciddi şübhələrin olmasıdır.

AFFA araşdırıb ki, vəsaitin akademiyanın hesabına köçürülməsinə baxmayaraq, Olimpiya Kompleksinin icarə haqqından xeyli borc qalıb. Həmçinin məşqçilərin və işçilərin əməkhaqqısında artım edilməyib.