bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Ermənilər özlərinə yeni baş məşqçi tapdı

11.03.2020 15:15 Oxundu 475


Ermənistan milli komandasının yeni baş məşqçisi məlum olub.

Cempion.az xəbər verir ki, millini bundan sonra Xoakin Kaparros çalışdıracaq. Bu barədə Ermənistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

64 yaşlı mütəxəssislə 2021-ci ilin dekabrınadək nəzərdə tutulan müqavilə imzalanıb. Mütəxəssisin son iş yeri “Sevilya” klubu olub. İspan mütəxəssis ilk dəfə milli komanda çalışdıracaq.

Kaparros bu vəzifədə fevralda istefa verən Abraham Haşmanyanı əvəzləyib.