bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Bakıya gələ bilməyəcək

11.03.2020 17:00 Oxundu 469


Uels millisi ciddi itki ilə üzləşib.

Cempion.az xəbər verir ki, Britaniya komandasının yarımmüdafiəçisi Co Allen mövsümü başa vurub.

"Hall Siti" ilə qarşılaşmada zədələnən "Stok Siti"nin oyunçusunun əzələsi qopub. 30 yaşlı orta sahə oyunçusunun bu səbəbdən nəinki mövsümü başa vurduğu, eyni zamanda AVRO-2020-ni buraxacağı açıqlanıb.

Bu isə o deməkdir ki, Allen Bakıda və Romada keçiriləcək qrup oyunlarında heyətdə yer almayacaq.

AVRO-2020-nin A qrupunda yer alan Uels yığması İsveçrə (13 iyun) və Türkiyə (17 iyun) ilə Bakıda, İtaliya ilə (21 iyun) Romada qarşılaşacaq.