11.03.2020 11:45
523

Futzal üzrə Yüksək, Birinci və İkinci liqaların oyunları və Azərbaycan Kubokunun 1/8 final mərhələsinin ilk və cavab matçları martın 19-dək azarkeşsiz keçiriləcək.
Cempion.az Azərbaycan Futzal Federasiyasının rəsmi sayıtına istinadən xəbər verir ki, bu barədə federasiya rəhbərliyi qərar qəbul edib.
Qurum Nazirlər Kabineti yanında operativ qərargahının tövsiyəsini və eyni zamanda koronavirusun yayılmasının qarşısının alınması sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə dəstək məqsədi ilə bu addımı atıb.
Qeyd edək ki, daha öncə futbol üzrə Azərbaycan Premyer Liqasında matçların azarkeşsiz keçiriləcəyi ilə bağlı qərar qəbul olunub.