11.03.2020 11:53
530

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov ABŞ-ın USL müntəzəm çempionatında I turun oyunçusu seçilib.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, "Finiks Rayzinq"də çıxış edən 29 yaşlı hücumçu 52 faiz səslə rəqiblərini qabaqlayıb. Hücumçu həftənin komandasında da yer alıb.
Qeyd edək ki, Rüfət Dadaşov I turda "Portlend Timbers"ə 6:1 hesabı ilə qalib gəldikləri matçda 3 qol vuraraq het-trik edib. Hücumçu "Finiks Rayzinq"ə yanvarın 11-də Almaniyanın "Pröyssen Munster" klubundan keçib.