bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

İngiltərə Premyer Liqasında 28-ci turun oyunu təxirə salınıb

11.03.2020 12:30 Oxundu 516


İngiltərə Premyer Liqasının 28-ci turunun "Mançester Siti” və "Arsenal” komandaları arasında bu günə planlaşdırılan görüşü təxirə salınıb.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, qarşılaşma  koronavirus epidemiyası səbəbiylə baş tutmayacaq. 

Qeyd edilir ki, bu, "Nottingem Forest"in və "Olimpiakos"un sahibi Yevangelos Marinakisin koronavirusla yoluxması ilə bağlıdır. İki həftə əvvəl "Arsenal"ın oyunçuları Avropa Liqasında yunan klubu ilə qarşılaşıblar və funksioner bəzi oyunçularla təmasda olub.

Londonlular və "şəhərlilər" tibbi tövsiyələri nəzərə alaraq, matçı qeyri-müəyyən müddətə təxirə salmağa qərar veriblər. Liqa bu qərarı dəstəkləyib.

Bildirilir ki, premyer liqanın digər oyunlarının təxirə salınması planlaşdırılmır.