bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Çempionlar Liqasında daha iki oyun

11.03.2020 12:45 Oxundu 505


Bu gecə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçiriləcək.
Cempion.az xəbər verir ki, turnirin son qalibi "Liverpul"u doğma meydanda İspaniyanın "Atletiko" komandasını qəbul edəcək.İspaniyadakı ilk qarşılaşma Madrid təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0.

"Qırmızılar" eyni hesabla qalib gəlsələr, əlavə vaxt oynanılacaq. Meydan sahibləri 1/4 finala yüksəlmək üçün iki və daha artıq top fərqi ilə qələbə qazanmalıdır. "Atletiko"ya isə növbəti mərhələ üçün heç-heçə də kifayətdir. 

"Liverpul"un qapıçısı Alisson Bekker zədəli olduğu üçün bu oyunu buraxacaq. Yarımmüdafiəçi Cerdan Şakiri də eyni səbəbdən komandasına kömək edə bilməyəcək. Müdafiəçi Endi Robertson və yarımmüdafiəçi Cordan Hendersonun matçda iştirakı sual altındadır. Madrid klubunda ciddi itki yoxdur, sadəcə, Toma Lemarın durumu oyun vaxtı bəlli olacaq.

Günün digər qarşılaşmasında ''PSJ" Fransada Almaniyanın "Borussiya" (Dortmund) komandasın; qəbul edəcək. Paris klubu ilk görüşdə rəqibinə 1:2 hesabı ilə məğlub olub. Ev sahibləri bu oyunda məğlubiyyətin əvəzini çıxmaqa çalışacaq.

Fransa təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. Müdafiəçi Tomas Mönyö, yarımmüdafiəçilər Marko Verratti və Ander Erreranın zədəyə görə oyunda iştirak etməyəcəyi dəqiqdir. Müdafiəçilər Tyaqo Silva ilə Kolen Daqbanın durumu bilinmir, Dortmund təmsilçisində Marko Roys və Tomas Dileyni zədəlidir.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

00:00. "Liverpul" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya)

Baş hakim: Danni Makkeli (Niderland)

"Enfild" stadionu

İlk oyun - 0:1

00:00. ''PSJ" (Fransa) - "Borussiya" (Almaniya, Dortmund)

Baş hakim: Entoni Teylor (İngiltərə)

"Park de Prens" stadionu

İlk oyun - 1:2.

Qeyd edək ki, daha öncə İtaliyanın "Atalanta" və Almaniyanın "Leyptsiq" komandaları 1/4 finala yüksəlib