bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

“Bavariya” və “Çelsi” oyunuda azarkeşsiz olacaq - RƏSMİ

11.03.2020 13:45 Oxundu 495


Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Bavariya” – “Çelsi” matçı azarkeşsiz oynanılacaq.
Cempion.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, görüşün azarkeşsiz keçirilməsinə səbəb, koronavirus epidemiyasının yayılmasının qarşısını almaqdır.

“Bavariya” “Çelsi” ilə oyuna satılmış biletlərin pullarını azarkeşlərə geri qaytaracaq.

Martın 18-də keçiriləcək “Bavariya” – “Çelsi” matçı saat 00:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda almanlar 3:0 hesabıyla qalib gəlib.

ÇL-in 1/8 finalının PSJ – “Borussiya” (Dortmund) və “Barselona” – “Napoli” matçı da azarkeşsiz oynanılacaq.