bazar ertəsi, 05 may 2025

BİZİM FUTBOL

Millimiz Polşaya qarşı - YENİLƏNİR

11.03.2020 14:15 Oxundu 519


Futbol üzrə qadınlardan ibarət millimiz bu gün AÇ-2021-in seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.
Cempion.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda Polşa yığmasıyla qarşılaşacaq.
Xatırladaq ki, “ASK Arena”da keçiriləcək görüş saat 18:00-da start götürəcək.

D qrupunda yer alan Azərbaycan millisi İspaniya, Çexiya, Belarus, Moldova və Polşa ilə mübarizə aparır. Yığma əvvəlki görüşlərdə İspaniya və Çexiyaya 0:4, Belarusa isə 1:3 hesabıyla uduzub.

AÇ-2021, qrup mərhələsi

D qrupu

11 mart

18:00 Azərbaycan – Polşa
Baş hakim: Kristiana Mariana (Rumıniya)