bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Gürcüstanda futbol yarışları təxirə salındı

11.03.2020 14:47 Oxundu 509


Gürcüstanda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə futbol üzrə bütün çempionatlar aprelin 1-dək təxirə salınıb.
Cempion.az Gürcüstan mətbuatına istinadən xəbər vrir ki, bu barədə yerli Futbol Federasiyası açıqlama verib.

Qeyd olunub ki, GFF üçün oyunçular və azərkeşlərin sağlamlığı və təhlükəsizliyi əsas prioritetdir. 

Qeyd edək ki, ötən gün Azərbaycan Premyer Liqası və I Divizionda qarşıdakı iki turun azarkeşsiz keçirilməsinə qərar verilib.