bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

"Qalatasaray"ın transfer planı

11.03.2020 19:47 Oxundu 475


Türkiyənin "Qalatasaray” klubu növbəti mövsüm üçün transfer planlarını tətbiq etməyə start verib.
Cempion.az Fransa mətbuatına istinadən xəbər verir ki, Hər mövqedə alternativli tərkib yaratmaq istəyən "sarı-qırmızılılar” üçün yeni iddia ortaya çıxıb.
Belə ki, "Paris Sen-Jermen” klubunun idarəçiləri mövsümün sonunda müqavilə müddəti başa çatan Layvin Kurzava ilə yeni müqavilə imzalamayacaq. Bu qərardan sonra fransız sol qanad müdafiəçisi ilə maraqlanan klubların sayı artıb. Onun meneceri ilə görüşən komandalardan biri də "Qalatasaray”dır.
27 yaşlı Kurzavanın ən çox elçisi İtaliya və İngiltərədən çıxıb.

Qeyd edək ki, Kurzava bu mövsüm 14 matça çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Onun "Transfermarkt” qiyməti 15 milyon avrodur.