11.03.2020 13:54
530


AFFA İntizam Komitəsinin iclası keçirilib.
8 mart, Premyer Liqanın XX turunun “Keşlə” – “Qarabağ” oyununda “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnir.
“Səbail” – “Zirə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnir.
“Səbail” – “Zirə” oyununda “Zirə” klubunun futbolçusu Emil Balayevin geyim formasındakı qüsura görə oyun gec başladığı üçün “Zirə” klubu 800 manat cərimələnir.
Hakimin start fitindən öncə qapı torunda problem aşkarlandığına görə oyunun startı gecikdiyi üçün “Səbail” klubu 800 manat cərimələnir.
7 mart, Premyer Liqanın XX turunun “Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnir.
6 mart, I Divizionun XVIII turunun “Sumqayıt-2” – “Keşlə-2” oyununda “Keşlə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimələnir.
“Sumqayıt-2” – “Keşlə-2” oyununda qarşılaşmanın 77-ci dəqiqəsində “Keşlə-2” komandasının 44 nömrəli futbolçusu Sərcan Omarov kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 2 oyun cəzalanır klub 160 manat cərimələnir.
5 mart, I Divizionun XVIII turunun “Sabah-2” – “Neftçi-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimələnir.
“Sabah-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimələnir.
“Sabah-2” – “Neftçi-2” oyununda topdaşıyan və xərəkdaşıyanlar oyuna gec gəlib. Bu səbəbdən “Sabah-2” komandası 80 manat cərimələnir.
“Qarabağ-2” – “Qaradağ Lökbatan” oyununda tibb otağı tibbi ləvazimatlar və həkimlə təmin edilməyib. Bu səbəbdən “Qarabağ-2” komandası 80 manat cərimələnir.
“Zaqatala” – “Səbail-2” oyununda “Zaqatala” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimələnir (maddə 39).
“Zaqatala” – “Səbail-2” oyununda tibb otağında tibbi ləvazimatlar və həkim təmin edilməyib.Bu səbəbdən “Zaqatala” komandası 80 manat cərimələnir.
Hakimlər Komitəsinin müraciətinə əsasən İntizam Komitəsi video görüntüləri izlədi və buna əsasən protokolda “Zaqatala” komandasının 4 nömrəli futbolçusu Kənan Müslümova səhvən verilən qırmızı vərəqənin ləğv olunduğu və “Zaqatala” komandasının 7 nömrəli oyunçusu Elşad Əliyevə ikinci sarı vərəqənin verilməli olduğu təsdiqləndi.
Yuxarıda göstərilənləri nəzərə alaraq, “Zaqatala” komandasının 7 nömrəli futbolçusu Elşad Əliyev 1 oyun cəzalanır, klub 80 manat cərimələnir (maddə 47).
7 mart, futzal üzrə Birinci Liqanın “Red Line” – AzMİU matçında AzMİU komandasının futzalçısı Kamran Rüstəmov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
6 mart, futzal üzrə Birinci Liqanın “Zəngilan” – “Standard” matçında “Zəngilan” komandasının futzalçısı Ayaz Səmədov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
“Baku Fans” – “Xızı Yasamal” matçında “Baku Fans” komandasının baş məşqçisi Namiq İbrahimov texniki zona qaydalarını
pozduğu və texniki zonadan kənarlaşdırıldıqdan sonra hakimləri təhqir etdiyi üçün 5 oyun cəzalanır.
“Baku Fire-2” – “Star Karqo” matçında “Baku Fire-2” komandasının futzalçısı Emil İsrafilov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
“Baku Fire-2” – “Star Karqo” matçında “Baku Fire-2” komandasının futzalçısı Elşən Zərbəliyəv rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.
“Baku Fire-2” – “Star Karqo” matçında “Star Kargo” komandasının futzalçısı Yamin Yaminov kobud oyuna görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
7 mart, futzal üzrə İkinci Liqanın “Hövsan” – “Bibi-Heybət” matçında “Bibi-Heybət” komandasının futzalçısı İlkin Əzizov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
“Atletiko Baku” – “Yurd” MFK matçında “Atletiko Baku” komandasının futzalçısı Eyyub Əfəndiyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
“Borçalı” – NTD matçında “Borçalı” komandasının futzalçısı Nadir Məmmədli rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.
“Borçalı” – NTD matçında NTD komandasının futzalçısı Zakir Kərimov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.
“Bədr FK Xocalı” – “Təbriz” matçında “Bədr FK Xocalı” komandasının futzalçısı Puyan Şahin qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
“Dalğa” – “Zülfüqar” matçında qonaq qismində iştirak edən “Zülfüqar” komandasının forması ev sahibi komanda “Dalğa” ilə eyni rəngdə olduğundan oyun baş tutmayıb. Bu səbəbdən “Zülfüqar” komandasına 0:5 hesablı məğlubiyyət verilir.
1 mart, Yüksək Qızlar Liqasının “Xırdalan City” (Bakı) – “Qəbələ FK” oyununun 55-ci dəqiqəsindən sonra hava şəraitinə görə (möhkəm külək 61 km/s) oyunu davam etdirmək mümkün olmayıb və oyun dayandırılıb .İntizam Komitəsi oyunun dayandırıldığı dəqiqədən təyin ediləcək ehtiyat gündə keçirilməsinə qərar verdi. Oyunun tarixi hər iki komandaya oyunu keçirən qurum tərəfindən bildiriləcəkdir.