11.03.2020 19:30
451

"Mançester Yunayted"in yarımmüdafiəçisi Nemanya Matiç gələcək karyerası ilə bağlı qərar verib.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, serb yarımmüdafiəçisi "qırmızı şeytanlar"la müqaviləsini uzadacaq. Mançesterlilərin baş məşqçisi Ole Qunnar Sulşayer 31 yaşlı futbolçunu komandada saxlayacaqlarını açıqlayıb:
"Matiçlə müqavilə məsələsini danışmışıq. Komandada qalacağı dəqiqdir".
Qeyd edək ki, Matiç bu mövsüm 22 oyunda 1 qol vurub, 2 assist edib.