bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Kilian Mbappe koronavirus testindən keçib

11.03.2020 16:30 Oxundu 520


"PSJ"-nin futbolçusu Kilian Mbappe xəstələndiyi üçün 2 gün məşqlərə qatılmayıb.
Cempion.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi narahat olduğu üçün boğaz ağrısından əziyyət çəkən futbolçunu koronavirus testindən keçirib. Lakin testlərin cavabı müsbət çıxmayıb. 21 yaşlı fransalı hücumçunun Çempionlar Liqasının 1/8 finalında Dortmund "Borussiya"sı ilə cavab matçında meydana çıxıb-çıxmayacağı sual altındadır.