11.03.2020 16:15
535

Niderlandın "PSV" klubunun yeni baş məşqçisi məlum olub.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, Erediviziya təmsilçisinin postuna Roger Şmidtə tapşırılıb. 52 yaşlı mütəxəssis yeni mövsümdən "PSV"-ni çalışdıracaq. Şmidtin niderlandlılarla müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Son olaraq Çinin “Beytsin Qoan” komandasını çalışdıran Şmidt, daha əvvəl Almaniyada “Proyssen”, “Paderborn”, “Bayer”, Avstriyada isə “Zalsburq”un “sükanı arxasında” olub.
PSV-ni hazırda Ernest Feber çalışdırır.
Qeyd edək ki, Eyndhoven təmsilçisi Erediviziyada 4-cü sıradadır.