bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Əşrəf "Real"a dönməyə hazırdır

11.03.2020 21:05 Oxundu 480


İcarə əsasında Dortmund "Borussiya"sında çıxış edən Əşrəf Hakimi müqavilə ilə məxsus olduğu Madrid "Real"ına qayıtmağa hazır olduğunu açıqlayıb.
Cempion.az Almaniya mətbuatına istinadən xəbər verir ki, mərakeşli müdafiəçi "kral klubu"nun onu geri çağırmayacağı halda, başqa komandaya keçəcəyini deyb:
"Madrid mənim evim kimidir. Orada gözəl günlər keçirmişəm. "Real" geri dönməyimi istəsə, qayıda bilərəm. Əgər bunu istəməsələr, hekayəmi başqa klubda davam etdirməli olacağam. Zinəddin Zidana hər zaman minnətdar olmuşam".

 

Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm "Borussiya"da 36 oyunda 7 qol vurub, 10 assist edib. Hakiminin Dortmund klubu ilə icarə müqaviləsi iyunun 30-da başa çatır.