
Futbol üzrə Avropa çempionatı koronavirus pandemiyasına görə təxirə salına bilər.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb bütün dünyada geniş yayılmış koronavirusudu.
Məlumatda bildirilib ki, UEFA AVRO-2020-nin 2021-ci ilin yayında keçirilməsi ilə bağlı razılıq verə bilər.
Avropa çempionatının gec olması klubların mövsümü başa vurmasına kömək göstərəcək. Koronavirus səbəbindən hazırda Avropadakı çempionatlar təxirə salınır və belə bir qərar mövsümün iyul ayına qədər uzadılamasına imkan verəcək.
Qeyd edək ki, AVRO-2020 12 iyun-12 iyulda keçirilməlidir. Püşkatmanın nəticələrinə əsasən, açılış oyunu iyunun 12-də Romadakı "Olimpiko" stadionunda İtaliya və Türkiyə milliləri arasında olacaq. Bakı Olimpiya Stadionu (BOS) iyunun 13-də Uels-İsveçrə, iyunun 17-də Türkiyə-Uels, iyunun 21-də Türkiyə-İsveçrə matçlarına ev sahibliyi edəcək. İyulun 4-də isə BOS-da 1/4 final oyunlarından biri təşkil olunacaq.