12.03.2020 19:00
457

Argentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messi ölkəsində 14 gün müddətinə karantinə alınacaq.
Cempion.az "TycSports"a istinadən xəbər verir ki, buna səbəb Argentina hakimiyyətinin koronavirusa görə xaricdən gələn istənilən idmançının karantində saxlanılması barədə verdiyi qərardır. Bildirilib ki, kimliyindən asılı olmayaraq, bütün futbolçular 14 gün müddətinə karantinə alınacaq.
Qeyd edək ki, Messi DÇ-2022-nin seçmə mərhələsində Ekvador və Boliviya ilə keçiriləcək oyunlar üçün milliyə çağırılıb.